Rusiyada "Happy Tree Friеnds" animasiyası və “Titanların Hücumu” filmi qadağan edildi

Rusiyada "Happy Tree Friеnds" animasiyası və “Titanların Hücumu” filmi qadağan edildi
7 İyul 2021
Mətni dəyiş
Sankt Peterburq məhkəməsi “Dantenin cəhənnəmi: Animasiyalı epos”, “Ölümcül döyüşün əfsanələri: Əqrəbin qisası”, “Kosmos: Ölüm ərazisi”, “Happy tree friends” (Xoşbəxt meşə dostları) cizgi filmlərinin və “Titanların hücumu: Birinci film: Qəddar dünya” filminin nümayişini qadağan edib. Bu barədə Sankt Peterburq məhkəmələrinin Teleqramdakı kanalında məlumat verilib. Məhkəmə hesab edir ki, “Titanların hücumu: Birinci film: Qəddar dünya” filmi uşaqların psixoloji sağlamlığına və ruhi-əxlaqi inkişafına ziyan vura bilər. Belə ki, adı çəkilən film “müqayisəedilməz qəddar səhnələr”lə zəngindir, həmçinin “aciz güc və ümidsizlik ruhu” təbliğ edir. “Happy Tree Friends” isə “amerikan animasiya stilində qəddarlıq elementləri ilə zəngin olduğu üçün” qadağan edilib. Press-relizdə bildirilir ki, “tez-tez başlarına müxtəlif, qəddar bədbəxt hadisələr (onları əzirlər, hissələrə bölürlər və sairə) gələn bu balaca, mehriban heyvanlar” azyaşlı uşaqların ruhi-əxlaqi inkişafına və tərbiyəsinə zərər verir, Rusiyaya məxsus humanitar xarakterli tərbiyə şəklinə ziddir. Bildirilir ki, “Ölümcül döyüşün əfsanələri: Əqrəbin qisası” cizgi filmində də həddən artıq qəddar səhnələr mövcuddur. Buna görə də onun nümayişi “aqressiv və ya özünə zərər verən davranışa motivasiyaedici təsir göstərə bilər”. Məhkəmə bu qərarı prokurorun Rusiya Federasiyası ərazisində yayılması qadağan edilən məlumatların tanınması barədə inzibati iddiası əsasında qərar verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun