Rusiyada araq içənlərin sayı azalıb

Rusiyada araq içənlərin sayı azalıb
13 İyul 2021
Mətni dəyiş

Rusiyada araq içənlərin sayında xeyli azalma müşahidə olunub.

Rusiyanın İctimai Araşdırmalar Mərkəzi (VTSİOM) yeni anket sorğuları keçirib və Rusiya əhalisinin 1/3-i, ümumilikdə 38%-i spirtli içki qəbul etmədiyini bildirib.

Statistikaya görə, ölkədə gənclərə nisbətən yaşlılar daha az spirtli içki qəbul edib. Yüksək yaş qrupuna aid iştirakçıların 51%-i spirtli içki qəbul etmədiyini bildirib.

Rəqəmlərə görə, hər gün davamlı içki içdiyini bildirən şəxslər 1% təşkil edib.

Araşdırmaya görə, şərab araqdan daha çox istehlak olunur. Şərabdan sonra pivə ən çox qəbul edilən içkidir. Üçüncü sırada isə araq gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun