Rusiya Ukraynadan idxalı qadağan olunan məhsulların siyahısını genişləndirib

Rusiya Ukraynadan idxalı qadağan olunan məhsulların siyahısını genişləndirib
5 İyul 2021
Mətni dəyiş

Rusiya Ukraynadan idxalı qadağan olunan məhsulların siyahını genişləndirib.

Yeni qərarla un məmulatları və şəkər tozunun da idxalı qadağan olunub. Baş nazir Mixail Mişustinin qərarı ilə Ukrayna üzərindən tranzitlə gətirilən bəzi məhsulların da idxalı qadağan edilib.

Bu məhsulların siyahısına ümumilikdə hazır şorbalar və ət suları, dondurmalar, arpa, palma yağı, konserva və heyvan yeməkləri də daxildir.

Rusiya ilk olaraq 2018-ci ilin dekabr ayında Ukraynadan bəzi məhsulların idxalını qadağan edib. 2019-cu ildə isə idxalı qadağan olunan məhsulların siyahısı genişləndirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun