Rusiya Talibana qarşı addımlar atmağa hazır olduqlarını bildirir

Rusiya Talibana qarşı addımlar atmağa hazır olduqlarını bildirir
8 İyul 2021
Mətni dəyiş

Əfqanıstanda Taliban silahlı dəstələrinin Tacikistanla sərhədə yaxınlaşmasından sonra Rusiyadan məsələ ilə bağlı açıqlama gəlib.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, NATO qüvvələrinin Əfqanıstandan çıxması vəziyyəti pisləşdirib və olanları narahatlıqla izləyirlər.

XİN başçısı əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin Tacikistan və Özbəkistan, o cümlədən Orta Asiya ölkələrinin liderləri ilə təmasdadır.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqlərimizə qarşı hər hansısa təhlükə yaranarsa, Rusiya Əfqanıstan-Tacikistan sərhədindəki hərbi bazadan istifadə etmək də daxil hər şey edəcək", - deyə Sergey Lavrov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun