Rəsmi: “Peyvənd sertifikatı” müddətsizdir

Rəsmi: “Peyvənd sertifikatı” müddətsizdir
14 İyul 2021
Mətni dəyiş

“Peyvənd sertifikatı” müddətsizdir.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda qeyd olunub.

Qeyd olunub ki, dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir: "Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq".

2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs Azərbaycanda istifadəsinə icazə verilən istənilən vaksinin 2 dozasını vurdura bilər.

Bildirilib ki, “Peyvənd sertifikatı”nda son qəbul edilən 2 doza haqqında məlumat əks olunacaq. Buster (qüvvətləndirici) doza deməkdir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər.

Eyni zamanda iyulun 2-dən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkədə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. İyulun 2-dən əvvəl 1 doza vaksin vurduran şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır.

Bildirilib ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcəkdir.

Bundan başqa, xarici ölkələrin peyvənd və immunitet sertifikatlarının Azərbaycanda tanınması məsələsinə də aydınlıq gətirilib. Belə ki, beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun