Qasım Süleymaninin qətlində əli olan ABŞ generalı ölü tapıldı

Qasım Süleymaninin qətlində əli olan ABŞ generalı ölü tapıldı
1 İyul 2021
Mətni dəyiş
İran generalı Qasım Süleymaninin ölümündə əli olduğu iddia olunan ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdə yerləşən Əl-Udeyd aviabazasında ölü tapılıb. Uillis İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin ölümündə əlaqəli bilinərək İran xüsusi xidmət orqanları tərəfindən axtarılırdı. ABŞ generalının ölümünün qeyri-döyüş şəraitində baş verdiyi bildirilsə də, hansı səbəbdən vəfat etdiyinə dair təfərrüatlar açıqlanmayıb. ABŞ-ın Müdafiə Departamenti də generalın ölümü ilə bağlı hər hansı bir əlavə açıqlama verməyib. Yanvar ayında İranın ali lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alınacağını bildirmişdi. Qasım Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun