Psixoloji xidmət də sistemləşdirilir

Psixoloji xidmət də sistemləşdirilir
23 İyul 2021
Mətni dəyiş

"Regional psixoloji dəstək mərkəzləri vasitəsilə son 6 ay ərzində 354 şəhid ailəsinə, 686 hərbçiyə və 156 terror qurbanlarına yardım göstərilib".

Bunu psixoloq Nərmin Osmanlı TƏBİB-in keçirdiyi "Medianın psixi sağlamlıqda rolu" adlı təlimində çıxışda deyib.

O bildirib ki, hazırda psixoloji xidmətin sistemləşdirilməsi üçün işlərə başlanılıb: "Xəstəxanalarda psixoloji xidmətlərin göstərilməsi və icbari sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi istiqamətində monitorinqlərə başlanılıb. Çünki hazırda xidmətlər zərfində xəstəxanalarda psixoloji dəstəklərin göstərilməsi yer almayıb".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun