Polşanı "LGBT-siz bölgə"lərə görə cəzalar gözləyir

Polşanı "LGBT-siz bölgə"lərə görə cəzalar gözləyir
2 İyul 2021
Mətni dəyiş

Avropa İttifaqı LGBT-siz bölgə qərarına görə Polşaya qarşı hüquqi addım atmağa hazırlıq görüldüyünü bildirib.

İttifaq Polşanın siyasi hakimiyyətinə LGBT hüquqlarına hücum hesab olunan bütün qərarların ləğv edilməsi ilə bağlı çağırış edib. Polşanın hakimiyyətdəki mühafizəkar partiyası isə Avropa İttifaqını ölkənin mental dəyərlərinə zidd ideologiyaları bəsləməkdə ittiham edib.

İttifaqın bəzi səlahiyyətli şəxsləri mətbuata açıqlamalarında bildiriblər ki, Polşanın bu qərarı müzakirə edilir və hüquqi addımların atılması üçün hazırlıq görülür.

Bildirilib ki, çox güman Polşa təcili şəkildə həmin qərarları ləğv etməli və cərimə ödəməli olacaq.

Polşa hökuməti ölkədə 100-dən çox ərazini "LGBT-siz bölgə" elan edib. Qərar qınaqlara səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun