Polşada doğulan 3-cü uşağa görə ailəyə maddi yardım ediləcək.
Bu barədə ölkənin yerli mətbuatı məlumat yayıb. Məlumata görə, qərar ölkədə vətəndaşların sayının artırılmasına təşviq etmək üçün verilib.
Yeni qərarla ölkədə doğulan hər 3-cü və daha çox uşağa görə ailələrinə 12 min zloti (5 min 161 manat) veriləcək. Bu yardımdan isə 410 min ailə yararlanacaq. Ümumilikdə isə layihənin tutumu 3.15 milyard (Təxminən 1 milyard 400 milyon manat) zlotidir.
Qanun layihəsi 1 yanvardan etibarən tətbiq ediləcək.
1 aprel 2021-ci ildə 38 milyon nəfər olan Polşa əhalisinin 2050-ci ildə 33 milyon nəfərə enəcəyi ehtimal edilir.