Vatikandakı Katolik kilsəsi dini lider Papa Fransiskinin Romadakı "Gamelli" xəstəxanasında bağırsaq əməliyyatı olduğunu açıqlayıb.
Açıqlamada bildirilib ki, əməliyyat uğurlu keçib.
"Papa professor Luiqi Sofo, doktor Antonio Tortorelli və Roberta Menqihin köməyi ilə professor Serxio Alfieri tərəfindən həyata keçirilən əməliyyata müsbət reaksiya verib", - deyə bildirilib.
Papa bundan əvvəl əməliyyat olunmaq üçün xəstəxanaya köçürülmüşdü. Bildirilmişdi ki, 84 yaşlı dini liderin sağlıq durumu yaxşıdır, sadəcə gənckən ciyərlərindən biri çıxarıldığını görə, nəfəs darlığı yaşayıb.
Papa vəzifəyə gəldiyi 2013-cü ildən bu günə kimi ilk dəfə xəstəxanaya aparılıb.