“Pantural” kimi tanınan şəxs 3 ildən 5 ilə qədər həbs oluna bilər?

“Pantural” kimi tanınan şəxs 3 ildən 5 ilə qədər həbs oluna bilər?
13 İyul 2021
Mətni dəyiş

Sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib. Sözügedən fikirlər sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də açıqlama verib. Nazirlikdən bildirilib ki, artıq həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq.

283-cü maddə

Hüquqşünas Səməd Rəhimli deyir ki, əgər həmin şəxsin fikirlərində nifrət nitqi və ya nifrət nitqi üzərindən zorakılığıa çağırış varsa, Azərbaycanda bunu tənzimləyən iki hüquqi norma var.

[caption id="attachment_96552" align="aligncenter" width="704"] Səməd Rəhimli.[/caption]

Onun sözlərinə görə, bu normalardan biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsidir.

"Bundan əvvəl də bu maddəyə siyasi kontekstə müraciət olunub. Milli, irqi, dini hissəsini çıxsaq, sosial ayrıseçkilik məsələsi də var və biz bu sosial qrupların içində qadınların da olduğunu nəzərə almalıyıq. Əgər bir qrupun hüquqlarını məhdudlaşdırmağa yönəlik çağırışlar varsa, bu AR Cinayət Məcəlləsinə görə nifrət nitqi sayılır. Bununla yanaşı, əgər bu əməllər zorakılğa çağırışla da müşayət olunursa, ağırlaşdırıcı hal sayıla bilər", - deyə hüquqşünas Səməd Rəhimli bildirib.

388.1-ci maddə

Hüquqşünas deyir ki, ikinci hüquqi norma isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsidir.

Onun sözlərinə görə, əgər videonun kontentində ayrıseçkilyi özündə ehtiva edən fikirlər və zorakılığa çağırış olarsa, onda qanunla bu maddətinin də təsiri altına düşə bilər.

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə nəzərdə tutulan cəza 3 ilə qədər, ağırlaşdırıcı hal olarsa, 3 ildən 5 ilə qədərdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə nəzərdə tutulan cəza isə 1000 manata qədər cərimədir. Əgər işdə ağırlaşdırıcı hal varsa, buna görə də 30 sutka həbs oluna bilər", - deyə Hüquqşünas Səməd Rəhimli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun