Özbəkistanda universitet rəhbərliyi tələbələri sosial şəbəkələrdə “trolluq” etməyə məcbur edir

Özbəkistanda universitet rəhbərliyi tələbələri sosial şəbəkələrdə “trolluq” etməyə məcbur edir
2 İyul 2021
Mətni dəyiş
Səmərqənd və Əndican Dövlət Universitetlərinin tələbələrinə sosial şəbəkələrdə prezidenti tərifləyən şərhlər yazmaq, onun siyasətini və özünü tənqid edənlərə sərt reaksiya vermək tapşırılıb. Səmərqənd universitetinin tələbələrinin sözlərinə görə, təhsil müəssisəsinin administrasiyası Facebook və Youtube-da prezidentin siyasəyini tənqid edən neqativ fikirlərin əks edildiyi şərhlərin siyahısını tərtib edib. Siyahı Filologiya universitetinin tələbələri arasında paylanılıb və onlardan bu şərhlərə neqativ cavab vermələri xahiş edilib. Əndicanın tələbə və müəllimlərinə isə əksinə prezidenti bu universitetə səfərindən sonra tərifləyən məqalələr yazmaq tapşırılıb. Müəllimlər tərəfindən təzyiqlərdən ehtiyat edərək adının çəkilməsini istəməyən Səmərqənd Dövlət Universitetinin Filologiya fakultəsinin tələbəsi Facebook-da Özbəkistan və onun prezidentinin ünvanına yazılmış neqativ şərhlərin siyahısını “Azadlıq Radiosu”nun Özbəkistan şöbəsinə təqdim edib. Siyahı 20 şərh və postdan ibarətdir. Tələbənin sözlərinə görə, o, saxta patriotizmlə məşğul olmaqdan bezib. -Bizim kuratorumuz tələbələri Facebookda prezidenti tənqid edən şərhlərə neqativ cavab yazmağa məcbur edir. Mən iki gün bu etmədim, çünki istəmirdim. Amma indi onlar məni məcbur edirlər, ona görə də yazmalı oldum”, - tələbə deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdəki şərhlərin siyahısını onlara dekan müavini gətirib. -Onlar bizdən troll ordusu yaratmaq istəyirlər. Kimsə azad fikrini ifadə edirsə, niyə ona qarşı saxta şərhlər yazmalıyıq? İnsanlar özləri nəyin baş verdiyini görürlər. Hər kəsin başı, şüuru var. Dekan müavini Mircalol Bobotaev etiraz edənləri universitetdən qovacaqları ilə təhdid edir. Biz hətta bunun üçün vicdanımızı udmalı olsaq belə yazırıq”, - tələbə söyləyib. Bənzər tələb Əndican Dövlət Universitetində də edilib. Bu barədə adının çəkilməsini istəməyən müəllimlərdən biri danışıb. Əndican Dövlət Universitetinin mənəvi-tərbiyə işləri üzrə prorektoru belə bir tapşırıq verdiyini inkar edib.                       Trollinq adətən əvvəlcədən təyin edilmiş məqsədlər üçün internet-forumla qoşulmağı, iştirakçıları təhrik, təhqir etməyi, müzakirəni tamam başqa yönə çəkməyi, xüsusi işlənmiş ideologiyanı yaymağı nəzərdə tutur (tez-tez bu, pis niyyətlə baş verir). Onların məqsədi virtual məkanda konstruktiv ünsiyyətin qarşısını almaq və buna vasitəçi olan xüsusilə azad və tənqidi düşüncəli insanları müxtəlif üsullarla onlayn forumlardan sıxışdırıb çıxarmaqdır. Qeyri-rəsmi “troll fabriki” Özbəkistanda daha əvvəllər də müşahidə edilib. Koordinasiya edilmiş kampaniya Gənclər İttifaqı, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Gülnarə Kərimovanın Özbəkistan Mədəniyyət və İncəsənət Forumu, Milli Təhlükəsizlik Xidməti və başqa qurumlar tərəfindən təşkil edilib. 2018-ci ildə “Azadlıq Radiosu”nun Özbəkistan şöbəsi Gənclər İttifaqının aktiv üzvlərindən ibarət qrupun Facebook-da saxta hesablar açaraq trollinqlə məşğul olması haqda məlumatlar əldə edib. Bu işlə məşğul olan gənclərin sözlərinə görə, onlar ittifaq liderlərinin əmri ilə 4-5 saxta səhifələr açır və bu hesablar vasitəsilə Gənclər İttifaqını tənqid edən şəxslərə qarşı troll hücumları təşkil edirdilər.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun