Niderlandda jurnalist silahlı hücuma məruz qalıb

Niderlandda jurnalist silahlı hücuma məruz qalıb
7 İyul 2021
Mətni dəyiş

Niderlandın ən tanınmış jurnalistlərindən biri, televiziya proqramlarının aparıcısı Peter R. Vries iyulun 6-sı axşam saatlarında silahlı hücuma məruz qalıb.

Hücum Amsterdamın mərkəzində baş tutub. Amsterdamın meri Femke Halsema və polis orqanları birlikdə mətbuat konfransı keçiriblər. Onlar bildiriblər ki, Viresin vəziyyəti ağırdır.

Halsema RTL kanalında bir verilişdə iştirak etdikdən sonra öz avtomobilinə yaxınlaşan zaman hücuma məruz qalıb.

Amsterdam polisi isə hücumda şübhəli bilinən 3 nəfərin saxlanıldığını açıqlayıb.

Hollandiyada xüsusilə cinayətkar qruplarla bağlı silsilə məqalələr hazırlayan 64 yaşlı jurnalist kriminal qruplar haqda cəsarətli xəbərləri ilə də tanınır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun