Müstəqil jurnalistlər “Media Haqqında” Qanun layihəsinin məzmununun açıqlanmasını tələb edir!

Müstəqil jurnalistlər “Media Haqqında” Qanun layihəsinin məzmununun açıqlanmasını tələb edir!
5 İyul 2021
Mətni dəyiş

Bir qrup müstəqil jurnalist Azərbaycanda hazırlanan yeni “Media Haqqında” Qanun layihəsinin ictimai müzakirəyə çıxarılması tələbi ilə bəyanat yayıb. Bəyanatın mətnini təqdim edirik.

“Kütləvi informasiya vasitələri haqqında” Qanunun yerinə “Media haqqında” Qanun layihəsinin hazırlanması barədə fərmandan, 12 yanvar 2021-ci ildən bəri keçən müddət ərzində layihə ilə bağlı heç bir açıq müzakirə aparılmayıb. Yeni hazırlanan “Media Haqqında” Qanun həm bütün media subyektlərini, həm çap, həm də online media resurslarını əhatə etsə də qanun layihəsinin detalları bu günə qədər açıqlanmır.

Azərbaycanda söz və mətbuat azadlığına qarşı bu günə qədər atılan addımları nərəzə alsaq, hazırlanan yeni qanun layihəsinin də medianın inkişafına yox, jurnalistikanın və mediaların fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini deyə bilərik.

Mütəmadi olaraq jurnalistlərin təqibə məruz qalması, saytların bloklanması, jurnalistlərin ölkədən çıxışına qadağaların qoyulması, həbsə atılmaları ölkədə media mühitinin nə qədər təzyiq altında olduğunu göstərir. Beynəlxalq təşkilatların hesabatlarında media azadlığına görə ilbəil geriyə getməsi də Azərbaycanda medianın nə qədər basqı altında olduğunun sübutudur.

Bu bəyanata imza atanlar Azərbaycanda hazırlanan və indiyə qədər heç vaxt mətni açıqlanmayan “Media Haqqında” Qanun layihəsinin həm jurnalistlərə, həm də vətəndaş cəmiyyəti nümayəndələrinə təqdim edilməsini tələb edir.

  1. Nurlan Qəhrəmanlı
  2. Əsli Qəhrəmanlı
  3. Aynur Elgünəş
  4. Mehman Əliyev
  5. Dilarə Miriyeva
  6. Zəhra Kələndərova
  7. Əvəz Hafizli
  8. Teymur Kərimov
  9. Fərid İmran
  10. Elməddin Şamilzadə
  11. Əminə Məmmədova
  12. Ülvi Həsənli
  13. Fatimə Kərimova
  14. Cavid Abdullayev
  15. Natiq Cavadlı
  16. Fatimə Mövlamlı
  17. Sabina Abubekirova
  18. Xanım Mustafayeva
  19. İzolda Ağayeva
  20. Nərgiz Absalamova
  21. Elnarə Qasımova
  22. Zərifə Novruz
  23. Ülviyyə Əli
  24. Təzəxan Mirələmli
  25. Şəmşad Ağa
  26. Sahilə Aslanova

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun