“Müsəlman Birliyi”nin fəalı qanunsuz narkotik dövriyyəsində ittiham olunur

“Müsəlman Birliyi”nin fəalı qanunsuz narkotik dövriyyəsində ittiham olunur
9 İyul 2021
Mətni dəyiş
“Müsəlman Birliyi” hərəkatının üzvü, ictimai fəal Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə o, həbs edilib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib. Bununla belə, vəkil hələ müvəkkili ilə görüşə bilməyib. “Hümbətovun saxlanmasından məhkəmə nəzarəti qaydasında şikayət hazırlayıram, həbs qərarından isə apellyasiya şikayəti veriləcək”, deyə Cavadov bildirib. Hümbətov iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb. Bundan əvvəl, “Müdafiə Xətti” qeyri-hökumət təşkilatı Hümbətovun saxlanıldıqdan sonra Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparıldığı və orada işgəncəyə məruz qaldığı haqda məlumat yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun