“Müsəlman Birliyi”nin fəalı işgəncələrə məruz qalır?

“Müsəlman Birliyi”nin fəalı işgəncələrə məruz qalır?
9 İyul 2021
Mətni dəyiş
“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı dünən saxlanılan “Müsəlman Birliyi” Hərəkatının üzvü Razi Hümbətovun Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində işgəncələrə məruz qaldığını bildirib. Təşkilat Daxili İşlər Nazirliyindən Hümbətovun saxlanılması haqqında rəsmi məlumat tələb edir, həmçinin ombudsman aparatını, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyini Hümbətovun taleyini nəzarəti altına götürməyə çağırır. Vəkil Cavad Cavadzadə Turan-a bildirib ki, polis orqanları nə ona, nə Hümbətovun ailə üzvlərinə fəalın saxlanıldığı yeri bildirmir. “İndi Hümbətovla görüşmək üçün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə gedirəm. Onun taleyinə aydınlıq gətirə bilməsəm məhkəmə nəzarəti qaydasında şikayət verəcəyəm”, deyə vəkil bildirib. Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun