Moldovada seçkilər: Maya Sandu parlamenti də ruspərəstlərdən alır

Moldovada seçkilər: Maya Sandu parlamenti də ruspərəstlərdən alır
12 İyul 2021
Mətni dəyiş

İyulun 11-i Moldovada erkən parlament seçkiləri baş tutub.

2,6 milyonluq əhalisi olan ölkə uzun müddətdir seçkilərdə gah rusiyapərəstlərin, gah da qərbpərəstlərin əlinə düşür.

Qərbyönümlü prezident Maya Sandu hakimiyyətə gəldikdən sonra, ölkədə parlament seçkilərinə gedəcəyinə və Rusiyaya yaxın şəxslərin dövlət idarəçiliyindən uzaqlaşdırılacağına ehtimal verilirdi.

Seçkilərdə 20 siyasi partiya və 2 blok iştirak edib. Qeyri-rəsmi rəqəmlərə görə, seçkilərin ilk mərhələsini hazırkı prezident Maya Sandunun qurduğu “Fəaliyyət və Həmrəylik” partiyası (PAS) qazanıb.

Parlament buraxılanadək “Fəaliyyət və Həmrəylik” partiyası Moldova parlamentində 15 mandata sahib idi. Ən çox deputat yeri isə sosialistlərin əlində idi. Onlar 37 mandatla təmsil olunurdular.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun