Millət vəkilləri Ukraynanın müdafiə nazirinə dikdaban ayaqqabı hədiyyə ediblər

Millət vəkilləri Ukraynanın müdafiə nazirinə dikdaban ayaqqabı hədiyyə ediblər
5 İyul 2021
Mətni dəyiş

Ukraynada bir qrup millət vəkili rəsmi dövlət tədbirinə hazırlıq zamanı qadın hərbçilərə dikdaban ayaqqabılar geyindirilməsinə etiraz olaraq milli məclisdə müdafiə nazirinə dikdaban ayaqqabı hədiyyə edib.

Sovet hökuməti dağılandan sonra müstəqilliyinin 30-cu ilini qeyd edəcək Ukraynada rəsmi tədbirə hazırlıqla bağlı yayımlanan görüntülər gündəmi zəbt edib.

Bundan sonra Ukrayna müdafiə naziri Andrey Taran millət vəkillərinin tənqidinə tuş gəlib.

Ukrayna parlamentinin üzvü Elena Kondratyuk bildirib ki, bu, qadın hərbçilərin aşağılanmasıdır. O, müdafiə nazirindən "Siz ölkəni NATO üzvlüyünə belə hazırlayırsınız?" deyə soruşub.

Qərara etiraz edən millət vəkilləri elə parlamentin iclasındaca müdafiə nazirinə dikdaban ayaqqabı hədiyyə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun