Meksika körfəzindəki sualtı yanğının hündürlüyü 78 metrə çatdı

Meksika körfəzindəki sualtı yanğının hündürlüyü 78 metrə çatdı
3 İyul 2021
Mətni dəyiş
Meksikanın Kampeçe ştatının Syudad del Karmen şəhərində yerləşən nəhəng “Petroleos Mexicanos” (Pemex) neft-qaz kompaniyasının qaz kəmərində yanğın baş verib. Alovun hündürlüyü 78 metrədək çatıb. Qaz sızması kəmərdəki klapanlardan birindəki nasazlıq səbəbindən baş verib. [embed]https://twitter.com/televertv/status/1411022294739206147?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1411022294739206147%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.currenttime.tv%2Fa%2F31339169.html[/embed] Pemex-in mütəxəssisləri qaz kəmərinin birləşdirici klapanlarını bağlayaraq sızmanın qarşısını alıblar. Yanğının söndürülməsi əməliyyatına azot istifadə edən 3 yardımçı gəmi cəlb edilib. Bu barədə Reuters yazıb. 5 saat yarımdan sonra yanğın söndürülüb. Zərərçəkən olmayıb. Meksikanın təhlükəsizlik, ətraf mühit və enerji agentliyi ASEA-dan bildirilib ki, yanğın səbəbindən heç bir qaz itkisi baş verməyib. Biolojik Müxtəliflik Mərkəzinin okean proqramlarının direktoru Mieko Sakaşitanın sözlərinə görə, Meksika Körfəzindəki qorxulu görüntülər dünyaya dənizdə qazma işlərinin ətraf mühitə zərərli və təhlükəli olduğunu göstərir. Fəal Qreta Tunberq bildirib ki, hakimiyyətdəki insanlar həm özlərini iqlim məsələlərində lider adlandırırlar, həm də eyni zamanda yeni neft sahələri, boru kəmərləri və kömürlə işləyən elektrik stansiyaları kəşf edirlər. “Bu, onların bizə saxlayacaqları dünyadır”, - Tunberq yazıb. [embed]https://twitter.com/GretaThunberg/status/1411213090281119746?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1411213090281119746%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.currenttime.tv%2Fa%2F31339169.html[/embed] ABŞ tarixindəki ən böyük ekoloji fəlakət Meksika Körfəzində 20 aprel 2010-cu ildə baş verib. British Petroleum-un Deepwater Horizon qazma qurğusundakı partlayış nəticəsində təxminən beş milyon barel neft körfəz sularına axıb. BP-nin qəzanın nəticələrini aradan qaldırmaq və təzminat ödəmələri üçün xərcləri 50 milyard dolları keçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun