Məşhur dələduz “Tosuncuk” polisə təslim oldu

Məşhur dələduz “Tosuncuk” polisə təslim oldu
1 İyul 2021
Mətni dəyiş
Türkiyədə 100 mindən çox şəxsi aldadaraq milyonlarla dolları ələ keçirən və uzun müddətdir beynəlxalq axtarışda olan “Tosuncuk” ləqəbli dələduz Mehmet Aydın Braziliyanın San-Paulu şəhərində polisə könüllü təslim olub. “Hürriyət”in xəbərinə görə, 2018-ci ildə qurduğu “Çiftlik Bank” internet oyunu ilə 132 min 222 nəfərdən 1 milyard 139 milyon lirə ələ keçirərək xaricə qaçan Aydın ötən gecə San-Paulu səfirliyinə yaxınlaşaraq polisə təslim olub. Bildirilir ki, 26 yaşlı dələduz ötən gün vəkilləri vasitəsilə “Sözçü” qəzetinə videomüraciət göndərərək təslim olmağa hazırlaşdığını deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun