Lüksemburqun koronavirusa yoluxan Baş nazirinin vəziyyəti ağırlaşıb

Lüksemburqun koronavirusa yoluxan Baş nazirinin vəziyyəti ağırlaşıb
7 İyul 2021
Mətni dəyiş

Lüksemburqun koronavirusa (Covid-19) yoluxan baş naziri Ksavye Bettelin vəziyyəti agırlaşıb.

Bu barədə Lüksemburq hökuməti məlumat yayıb. Nazirdən götürülən qan analizlərinin nəticəsindən məlum olub ki, bədəndə oksigenin səviyyəsi aşağıdır.

Hökumət bildirib ki, nazirin sağlıq durumu ağırdır, amma stabildir. Həkimlər onun bir müddət də xəstəxanada qalmalı olduğunu bildiriblər.

Baş nazirin vəzifəsini isə bir müddət iqtisadiyyat naziri Pierre Qrameqna icra edəcək.

Lüksemburqun Baş naziri Ksavye Bettel bu virusa ötən həftə yoluxub. Onun 24 saat nəzarət altında saxlanıldığı bildirilib.

K. Bettel iyunun 24 və 25-də Brüsseldə Avropa İttifaqının 26 ölkəsinin rəhbərlərinin iştirakı ilə keçirilən Avropa sammitində iştirak edib. Ancaq görüşdüyü 26 rəhbərdən heç biri virusla təmasda olmuş hesab edilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun