Litva Svetlana Tixanovskayanı Belarusa verməkdən imtina edib

Litva Svetlana Tixanovskayanı Belarusa verməkdən imtina edib
12 İyul 2021
Mətni dəyiş

Belarus növbəti dəfə Litvadan müxalifət lideri Svetlana Tixanovskayanı təhvil verməsini istəyib. Litva istəyi geri çevirib.

Bu barədə Belarus prokurorluğu məlumat yayıb.

Belarusun dövlət televiziyasında danışan prokuror Şved bildirib ki, Litva ilə hansısa razılığa gəlinə bilməyib, ancaq "cinayətkarların" təhvil verilməsi baxımından Rusiya ilə ciddi işlər görülüb.

Prokuror bildirib ki, bundan əvvəl mart ayında Litvaya Svetlana Tixanovskayanın təhvil verilməsi ilə bağlı müraciət edilib. Ancaq o vaxt o müraciətə də rədd cavabı gəlib.

Belarusda 9 avqust 2020-ci ildə keçirilən seçkilərin ardından ölkədə ciddi gərginliklər yaşanıb. Müxalifət seçkilərin saxtalaşdırıldığını iddia edib və kütləvi aksiyalar təşkil olunub. Qərb dairələri də Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenkonu legitim prezident hesab etmirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun