20 İyul 2021
Mətni dəyiş
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “lyambda” ştammının 30-dan çox ölkədə yayılmasını qeydə alıb.
Bu barədə ÜST-ün Fövqəladə Xəstəliklər şöbəsinin texniki qrupunun rəhbəri Maria Van Kerkhove Tvitter hesabında yazıb.
“Bu olduqca gənc ştammdır. Əsasən, Şimali və Cənubi Amerika ölkələrində yayılıb. İndiyədək 30-dan çox ölkədə qeydə alınıb”, - deyə Kerkhove deyib.
Qeyd edək ki, “lyambda” ilk dəfə iyunun sonunda Braziliyada aşkarlanıb.