Koronavirusa yoluxan Lüksemburqun Baş naziri xəstəxanaya yerləşdirilib

Koronavirusa yoluxan Lüksemburqun Baş naziri xəstəxanaya yerləşdirilib
5 İyul 2021
Mətni dəyiş

Lüksemburqun Baş naziri Ksavye Bettel koronavirusa (Covid-19) yoluxduğuna görə xəstəxanaya köçürülüb

Nazir bu virusa ötən həftə yoluxub. Onun 24 saat nəzarət altında saxlanıldığı bildirilib.

Lüksemburqun Səhiyyə Nazirliyi baş nazirin vəziyyəti ilə əlaqədar testlərin aparılacağını bildirib. Bundan sonra nazirin xəstəxanada qalıb-qalmayacağına dair qərar veriləcək.

K. Bettel iyunun 24 və 25-də Brüsseldə Avropa İttifaqının 26 ölkəsinin rəhbərlərinin iştirakı ilə keçirilən Avropa sammitində iştirak edib. Ancaq görüşdüyü 26 rəhbərdən heç biri virusla təmasda olmuş hesab edilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun