Kim Çen In necədir?

Kim Çen In necədir?
9 İyul 2021
Mətni dəyiş

Son günlər xeyli çəki itirdiyinə görə ağır xəstəliyə tutulduğu iddia edilən Şimali Koreya lideri Kim Çen Inla bağlı rəsmi açıqlama verilib.

Açıqlamanı Cənubi Koreyadan olan millət vəkili Kim Byunə kəşfiyyat məlumatlarına istinadən bildirib. O, Kim Çen Inın xəstə olmasını təkzib edib.

37 yaşlı Kim Çen Inın 10-20 kilo arası arıqlamasından sonra yaranan suallara cavab verən millət vəkili onun yaxşı olduğunu bildirib.

"Əgər xəstə olsaydı, onun sağlıq durumuna nəzarət edən tibb qrupuna müxtəlif növ dərmanlar gətirilərdi, ancaq hələlik belə bir iz yoxdur", - deyə o, əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun