Kanadada istilər yüzlərlə şəxsin ölümünə səbəb olub

Kanadada istilər yüzlərlə şəxsin ölümünə səbəb olub
1 İyul 2021
Mətni dəyiş

Kanadanın Britaniya Kolumbiyası əyalətində qızmar istilərin 500-dən çox şəxsin ölümünə səbəb olduğu deyilir.

Bu barədə Kanada polisi açıqlama yayıb. Açıqlamaya görə, ölkənin Kolumbiya əyalətində 486 nəfər həyatını itirib. Həyatını itirənlərin böyük əksəriyyəti yuxarı yaş qrupuna aid şəxslərdir. Polis bildirib ki, hələlik rəsmi arayışlar yoxdur, amma ölənlərin isti hava ilə əlaqədər öldüyü dəqiqdir.

Kanadanın Səhiyyə Nazirliyi bildirib ki, uşaqların və yaşlıların, açıq havada işləyənlərin, o cümlədən müəyyən xəstəlikləri olanların bu havada ölüm riski daha böyükdür. Səlahiyyətlilər insanları mümkün qədər çölə çıxmamağa, müxtəlif vasitələrlə sərinləməyə və çoxlu su qəbul etməyə çağırıb.

Yerli meteobüronun məlumatına görə, Litton şəhərində çərşənbə axşamı mütləq temperatur maksimumu qeydə alınıb. Havanın hərarəti rekord 49,5 dərəcəyə qalxıb. Britaniya Kolumbiyasında əvvəlki rekord 1941-ci ildə qeydə alınıb və 44,4 dərəcə təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun