General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam verib. Qərərgahın əvvəlki rəisi Nəcməddin Sadıkov isə bir müddət əvvəl ordu sıralarından ehtiyyata buraxılıb.