İsraildə 3-cü doza vaksinasiya başlayır

İsraildə 3-cü doza vaksinasiya başlayır
14 İyul 2021
Mətni dəyiş

Vaksinasiya prosesindəki uğuru ilə diqqət çəkən İsraildə 3-cü doza vaksinlənmə başlayıb.

Artan delta variantı yoluxmalardan sonra immun sistemi zəif olan, 2 doza Pfizer&BioNTech vaksini almış şəxslərə 3-cü dozanın da vurulacagı açıqlandı.

İsrailin Səhiyyə Nazirliyi bildirib ki, əhalinin digər qisminin də 3-cü doza vaksinasiya olunması ilə bağlı müzakirələr gedir, hələlik dəqiq qərar yoxdur.

İsrail vaksinasiya prosesini ilk bitirən ölkə olub. Buna görə də ölkədə karantin tədbirləri yumşaldılıb. Ancaq son günlər yoluxma sayının artması ilə birlikdə qısıtlamalar da geri gətirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun