İsrail son istifadə tarixi yaxınlaşan vaksinləri Cənubi Koreyaya göndərib

İsrail son istifadə tarixi yaxınlaşan vaksinləri Cənubi Koreyaya göndərib
7 İyul 2021
Mətni dəyiş

İsrail son istifadə tarixi yaxınlaşan 700 min doza Pfizer/Biontech vaksinini Cənubi Koreyaya göndərib.

Vaksinlər İsrail hökumətinin səlahiyyətlilərinin müşayiəti altında təyyarə ilə yola salınıb.

İsraildən Cənubi Koreyaya vaksin göndərilməsi iki ölkə arasında imzalanan müqaviləyə uyğun olaraq aparılır.

Belə ki, iki ölkə arasında imzalanan müqaviləyə görə, İsrail bu ayın sonuna kimi 700 min doza vaksini Cənubi Koreyaya verəcək. Cənubi Koreya da eyni miqdarda vaksini ilin sonuna qədər İsrailə qaytaracaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun