İsrail müdafiə nazirindən "Pegasus"-la bağlı açıqlama

İsrail müdafiə nazirindən "Pegasus"-la bağlı açıqlama
29 İyul 2021
Mətni dəyiş

İsrailin müdafiə naziri Benni Qants fransalı həmkarı Florens Parli ilə görüşüb.

Fransanın paytaxtı Parisdə baş tutan görüşdə İsrailin "NSO Group" şirkəti tərəfindən istehsal olunan casus proqramı "Pegasus"-dan da danışılıb.

İsrailin müdafiə naziri Qants bildirib ki, ölkəsi bütün ittihamları ciddiyə alır.

Ancaq o əlavə edib ki, bu proqramlar dövlətlərə terrorizmlə və cinayətkarlıqla mübarizəyə görə verilib.

İsrail müdafiə naziri Fransa prezidenti Emmanuel Makronun dinlənilməsi ilə bağlı toplanmış materialları Fransaya da təqdim edib.

İyulun 22-də Fransa Prezidenti Emmanuel Makron Müdafiə Şurasının növbədənkənar iclasını çağırıb. Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal “France Inter” radiosunun canlı efirində belə deyib.

Qabriel Attalın verdiyi məlumata görə, buna səbəb “Pegasus” casus proqramı barədə araşdırmanın başladılması olub.

Fransa Mərkəzi Prokurorluğu da təsdiqləyib ki, ölkə jurnalistlərinin dinlənilməsi ilə bağlı araşdırma başladılıb. Müxtəlif ölkələrdən olan 17 KİV-in və Fransanın “Forbidden Stories” qeyri-hökumət təşkilatının araşdırmasında göstərilir ki, sözügedən proqram vasitəsilə bütün dünya üzrə 50 mindən çox insan izlənib. Telefon danışıqları dinlənilən şəxslər arasında Fransa Prezidenti Emmanuel Makronun da olduğu bildirilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun