İslandiyada həftədə 4 günlük iş təcrübəsi uğurla yekunlaşıb: “İş yerlərində səmərəlilik artdı”

İslandiyada həftədə 4 günlük iş təcrübəsi uğurla yekunlaşıb: “İş yerlərində səmərəlilik artdı”
9 İyul 2021
Mətni dəyiş
İslandiyada həftədə 4 gün iş sisteminə dair edilən təcrübələrin uğurla nəticələndiyi açıqlanıb. 2015-2019-cu illər ərzində aparılan təcrübələrdə işçilər daha qısa müddət çalışsalar da, aldıqları maaş olduğu kimi qalıb. Araşdırmalar nəticəsində isə iş yerlərində səmərəliliyin ya eyni qaldığı, ya da artdığı müşahidə edilib. Ölkədə sözügedən təcrübələr Reykyavik Bələdiyyəsi ilə mərkəzi hökumət tərəfindən əhalinin 1%-ni təşkil edən 2 min 500 nəfərə tətbiq olunub. İslandiyada Davamlılıq və Demokratiya Dərnəyi (Alda) və İngiltərədəki “Autonomy” beyin mərkəzinin tədqiqatçıları təcrübələr çərçivəsində işçilərin bir çoxunun həftədə 40 saatlıq çalışma sistemindən 35, ya da 36 saatlıq sistemə keçdiyini söyləyiblər. Sözügedən sınaqlar həmkarlar ittifaqlarının yeni çalışma modellərini işverənlərlə müzakirə etməsinə səbəb olub. Bu şəkildə İslandiyadakı işçi qüvvəsinin 86%-i ya eyni əməkhaqqı ilə daha qısa iş saatlarına keçəcək, ya da bu hüququ qazanacaq. “Daha az stress, daha az tükənmə” Daha az stress altında olduqlarını və daha az tükənmə hiss etdiklərini söyləyən işçilər iş-həyat balansının da tarazlaşdığını deyiblər. “Autonomy” araşdırma mərkəzinin direktoru Uill Stronq bildirib ki, daha qısa ictimai iş həftəsi ilə əlaqədar dünyanın ən əhatəli araşdırması hər cəhətdən böyük dərəcədə uğurludur. Uill Stronq İslandiyada ictimai sektorun daha qısa iş sistemində lider olacağını deyən Stronq digər hökumətlərin də bundan dərs ala biləcəyini əlavə edib. “Alda”-nın araşdırmaçısı Qudmundur D. Haraldson da bildirib ki, tədqiqatlar mütərəqqi dəyişiklik üçün mesajlar verir. Qudmundur D. Haraldson Digər tərəfdən, İspaniyada da koronavirus pandemiyası ilə əlaqədar 4 günlük iş rejimi tətbiq edilir. Yeni Zelandiyada fəaliyyət göstərən Unilever şirkətinin də reallaşdırdığı bir layihədə işçilərin maaşları sabit saxlanılaraq iş saatlarının 20% azaldılması nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun