İraqda COVID-19 xəstələrinin müalicə aldığı xəstəxanada güclü yanğın: 77 nəfər həlak olub

İraqda COVID-19 xəstələrinin müalicə aldığı xəstəxanada güclü yanğın: 77 nəfər həlak olub
13 İyul 2021
Mətni dəyiş
İraqın cənubundakı Ən-Nasiriyyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş güclü yanğın nəticəsində 77 nəfər həlak olub. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Onlarla xəstənin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı bildirilib, ölüm sayının artacağı istisna edilməyib. İlkin məlumata əsasən, yanğın qısa qapanma nəticəsində baş verib. [embed]https://twitter.com/editorji/status/1414801573163663360[/embed] Digər mənbələrə görə isə yanğın oksigen balonunun partlaması nəticəsində başlayıb. İraqın Səhiyyə Nazirliyi yanğının səbəblərini rəsmən açıqlamayıb. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraq hökumətinə başsağlığı verib. Bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib. “İraqın Nasiriyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Bu çətin anlarda İraq hökumətinin və xalqının yanındayıq”, - deyə qeyd olunub. [embed]https://twitter.com/AzerbaijanMFA/status/1414835727901335554[/embed]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun