İranda dövlət rəsmi tanışlıq saytı açıb

İranda dövlət rəsmi tanışlıq saytı açıb
14 İyul 2021
Mətni dəyiş

Evlilik yaşının artdığı və doğum sayının azaldığı İranda dövlət internet üzərindən tanışlıq saytı yaradıb.

Sadəcə subay və evlilik arzulayan şəxslərin istifadə edəcəyi bu saytda qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi və psixoloji vəziyyətlə bağlı tibbi arayış tələb olunur.

Platformanın adı farsca "Dost" mənası verən "Hamdan"-dır.

İran polisindən verilən açıqlamaya görə, sayt İranda ilk rəsmi platformadır və digərləri saxtadır. Əgər saytda iki şəxs bir-birini bəyənsə, bir katib tərəfindən ailələri görüşdürülür, razılıq olarsa, evlənirlər. Evləndikdən sonra 4 il ərzində ailəyə dövlət nəzarəti nəzərdə tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun