28 İyul 2021
Mətni dəyiş
İran Parlamenti bu gün keçirdiyi səsvermədə xarici sosial və mesajlaşma şəbəkələrinə məhdudiyyətlərin tətbiq edilməsilə bağlı qanun layihəsini sınaq müddəti üçün qəbul edib.
İran Parlamentinin üzvlərindən 121-i qanun layihəsinin icrasının lehinə, 74-ü isə əleyhinə səs verib, 9 nəfər isə səsvermədən imtina edib. İran Parlamenti bu qanun layihəsinin ölkənin konstitusiyasının 85-ci maddəsinə əsasən qəbul edildiyini bildirir.
Qanun layihəsi ölkənin “Nəzarət Şurası” tərəfindən qəbul ediləcəyi təqdirdə sınaq müddəti üçün icra ediləcək.