İngiltərədə pandemiya müddətində spirtli içkilərdən ölənlərin sayı artıb

İngiltərədə pandemiya müddətində spirtli içkilərdən ölənlərin sayı artıb
16 İyul 2021
Mətni dəyiş

İngiltərədə pandəmiya müddətində spirtli içkidən ölənlərin sayı əvvəlki illərlə nisbətən xeyli artıb.

Bu barədə İngiltərə Səhiyyə Nazirliyi açıqlama yayıb. Açıqlamaya görə, İngiltərədə 2020-ci ildə spirtli içkilərlə bağlı olan ölümlər 20% artaraq 6 min 983 nəfərə çatıb.

Məlumata görə, baş tutan ölümlərdə əsas səbəb qara ciyər xəstəlikləri olub.

Pandemiya müddətində kafelərin, restoranların, barların bağlı olmasına baxmayaraq, ölkədə spirtli içki istehlakı artıb.

İstehlakı statistikalarına görə, 2020-ci ildəİngiltərədə spirtli içki satışları 2019-ci ilə nisbətən 24.4% artıb. İl ərzində 12 milyon 600 litr spirtli içki satılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun