İngiltərə peyvəndin üçüncü dozasının vurulmasını planlaşdırır

İngiltərə peyvəndin üçüncü dozasının vurulmasını planlaşdırır
1 İyul 2021
Mətni dəyiş

İngiltərədə yeni növ koronavirusa (Covid-19) qarşı ən müdafiəsiz qrupa daxil olan milyonlarla şəxsin üçüncü doza peyvəndlənməsi planlaşdırılır.

İngiltərə peyvəndləmə komitəsi qış gəlmədən 30 milyondan çox ingilisin yenidən peyvəndlənməsini tövsiyə edib. Komitə bildirib ki, bu insanlarda müqavimət gücünü artırmaq lazımdır.

İngiltərədə koronavirusun “delta” variantına yoluxanların sayı kəskin artıb.

Artıq koronavirusun “delta plus” versiyası ikinci doza vaksin qəbul etmiş şəxslərdə də aşkarlanır. Bu hal isə ölkəni narahat edib və hərəkətə keçirib. İngiltərədə karantin rejiminin yenidən sərtləşdirilməsi gündəmdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun