İngiltərə ordusunda olan qadın hərbçilərə qarşı seksual xarakterli hərəkətlər və ayrı-seçkilik artıb.
Bu barədə məlumatlar İngiltərə parlamentinin alt komitəsi olan müdafiə komitəsində səsləndirilib.
Dinləmələr zamanı, İngiltərə ordusunda xidmət etmiş 4 min 106 sabiq hərbçilərlə birlikdə hazırkı personal da dinlənilib.
Rəqəmlərə görə, bütün dinləmələrin nəticəsindən məlum olub ki, danışanların 62%-i bu cür hərəkətlərlə rastlaşıblar.
Parlamentdəki dinləmələrdə qeyd edilib ki, ordu rəhbərliyi bu cür halların qarşısının alınmasında təsirsiz olub.