İngiltərədə vaksinasiyanın iki mərhələsindən də keçənlərlə bağlı qərar

İngiltərədə vaksinasiyanın iki mərhələsindən də keçənlərlə bağlı qərar
7 İyul 2021
Mətni dəyiş

İngiltərədə 2 doza peyvənd olan şəxslərlə 18 yaşdan aşağı olan şəxslər koronavirusa yoluxmuş şəxslə təmasda olsalar belə özlərini təcrid etməyəcəklər.

Bu barədə İngiltərənin Səhiyyə Nazirliyi məlumat verib.

Nazir bildirib ki, həmin şəxslər məcburi şəkildə test də verməyəcəklər. Ancaq öz istəkləri ilə versələr və məlum olsa ki, virus daşıyıcılarıdır, təcrid vacib olacaq.

İngiltərənin baş naziri Boris Conson isə 6 iyulda açıqlama verərək bildirib ki, 19 iyuldan etibarən sosial məsafə və tibbi maska məcburiyyəti aradan qaldırılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun