İkinci Qarabağ Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək

İkinci Qarabağ Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək
12 İyul 2021
Mətni dəyiş
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib. Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası İkinci Qarabağ Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının İkinci Qarabağ Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun