“Human Rights Watch”: İsrail müharibə cinayətləri törədib

“Human Rights Watch”: İsrail müharibə cinayətləri törədib
28 İyul 2021
Mətni dəyiş

“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı İsrail ordusunun may ayında Fələstini hədəf alan hava hücumları zamanı müharibə cinayəti işlədiyini bildirib.

Təşkilat bildirib ki, 62 nəfərin ölümünə səbəb olan 3 ayrı hava hücumunu analiz edərək bu nəticəyə gəliblər.

Təşkilat bildirib ki, hava hücumu həyata keçirilən ərazilərdə ümumiyyətlə hərbi obyekt olmayıb, İsrail sivil sexləri hədəfə alıb.

“Fələstin-İsrail münaqişəsində ikitərəfli həll variantının tərəfdarıyam”.

Bunu isə bu günlərdə İsrail xarici işlər naziri Yair Lapid deyib.

“İkitərəfli həll yolunu dəstəklədiyim heç kimə sirr deyil. Təəssüf ki, bunun üçün hazırda heç bir plan yoxdur. Ancaq hamımızın xatırlamalı olduğumuz bir şey var: Fələstin dövləti olacaqsa, bu, dinc demokratiya olmalıdır. Həyatımıza yönəlmiş bir təhdidin qurulmasında yer almağımız mümkün deyil”, – Lapid bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun