Gürcüstanda LGBT qarşıdurması - Saxlanılanlar var

Gürcüstanda LGBT qarşıdurması - Saxlanılanlar var
5 İyul 2021
Mətni dəyiş
Gürcüstanda “Tbilisi Pride” qeyri- hökumət təşkilatı cinsi azlıqlar üçün həmrəylik həftəsi təşkil edib və plana əsasən bu tədbir 5 iyul tarixində paytaxt Tiflisdə “Qürur marşı” ilə başa çatmalıdır.  “Sputnik Gürcüstan” xəbər verir ki, bu addım Gürcüstanda birmənalı qarşılanmayıb və etirazlara səbəb olub. Belə ki, mühafizəkar radikal təşkilatlar və qruplar belə bir yürüşün keçirilməsinə qarşı çıxıblar və onun qadağan olunmasını tələb edirlər. Nümayişçilərdən saxlanılanların olduğu bildirilir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, bu gün planlaşdırılan aksiya vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, bir Baş nazir olaraq “heç bir xaosun, vətəndaş qarşıdurmasının” baş verməsinə yol verməyəcək. O təəssüflə bildirib ki, bugünkü aksiyanın təşkilatçıları revanşist, radikal qüvvələrdir. Qaribaşvili onların arasında Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilini də nümunə gətirib. Ölkənin Daxili İşlər Nazirliyi öz növbəsində “Tbilisi Pride” təşkilatçılarını planlaşdırılan bu tədbiri keçirməməyə çağırıb. Nazirlik, həmçinin Rustaveli prospektində toplaşanları nizam-intizama, polisin qanuni tələblərinə riayət etməyə və etirazı qanun çərçivəsində bildirməyə səsləyib. Paytaxtda toplaşma və etiraz mümkün ola biləcək ərazilərə polislər yerləşdirilib və onlar xüsusi rejimdə işləyirlər. [embed]https://www.youtube.com/watch?v=rqGTUqopgDU[/embed] [embed]https://www.youtube.com/watch?v=FGX9QFwwDXc[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun