Gürcüstanda jurnalistləri döyən daha 4 nəfər saxlanıldı

Gürcüstanda jurnalistləri döyən daha 4 nəfər saxlanıldı
10 İyul 2021
Mətni dəyiş
Gürcüstanda jurnalistlərə qarşı zorakılıq aktları törətməkdə təqsirli bilinən daha 4 nəfər saxlanılıb.  Gürcüstanın Daxili İşlər Nazirliyinin rəsmi saytı xəbər verir ki, bu şəxslər iyulun 5-də paytaxtın Rustaveli prospektində aksiya zamanı jurnalistlərə xələl gətirməkdə şübhəli bilinirlər. İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər jurnalistlərə öz vəzifə borclarını yerinə yetirməyə mane olub, müxbirləri sözlə təhqir edib, “Formula” və “Imedi” telekanallarının jurnalistlərinə bədən xəsarətləri yetiriblər. Hazırda KİV nümayəndələrinə qarşı zorakılığa baş vurmuş digər şəxslərin təyin olunması və saxlanılması istiqamətində tədbirlər görülür. Qeyd edək ki, son günlər Tbilisidə özlərini ənənəvi dəyərlərin qoruyucuları adlandıran LGBT əleyhdarları aksiyalar keçirib. Buna səbəb isə “Tbilisi Pride” qeyri-hökumət təşkilatının iyulun 5-də paytaxtda LGBT icmasına dəstək məqsədli “Ləqayət marşı” keçirmək istəməsi olub. Bu aksiyalar zamanı etirazçılar jurnalistlərə qarşı kobud davranış sərgiləyiblər. Gürcüstan DİN-in məlumatına əsasən, qarşıdurmalar zamanı jurnalist, operator və fotoqraflardan ibarət 53 nəfər xəsarət alıb. Dava əvvəl zorakılıqda və ictimai asayişi pozmaqda təqsirli bilinən 100 nəfərin saxlanıldığı deyilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun