Gürcüstanda aksiya zamanı hücuma məruz qalan jurnalist vəfat edib

Gürcüstanda aksiya zamanı hücuma məruz qalan jurnalist vəfat edib
12 İyul 2021
Mətni dəyiş
İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının “Qürur yürüşü” əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq yaralanmış media işçisi iyulun 11-də Tiflisdəki evində ölü tapılıb. Bildirilir ki, “Pirveli TV”-nin operatoru Lesko Laşkarava "Qürur yürüşü"nü işıqlandırarkən yaralanan 50 jurnalistdən biri idi. Yerli KİV-in məlumatına görə, hücum zamanı onun üz sümüyü sınıb və beyin travması alıb. Əməliyyat keçirən Lesko Laşkarava iyulun 8-də xəstəxanadan evə buraxılıb. Yerli polisin istintaq başladığını deməsinə baxmayaraq, Daxili İşlər Nazirliyi ölüm səbəbləri haqda istənilən şübhə faktını inkar edib və iyulun 11-də keçirilən mətbuat konfransında jurnalistin yüksək miqdarda narkotikdən öldüyünü bildirib. "Radio Tavisupleba"nın məlumatına görə, ailəsinin müstəqil ekspert cəlb olunması haqda tələblərinə baxmayaraq, polis jurnalistin cəsədini yarılması üçün tibbi ekspertizaya gətirib. "Pirveli TV"-nin sahibi Vato Tsereteli Laşkravanın ölümündə hökuməti günahlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun