Gürcü prezervativ istehsalçısı Strasburq məhkəməsində qalib gəldi

Gürcü prezervativ istehsalçısı Strasburq məhkəməsində qalib gəldi
26 İyul 2021
Mətni dəyiş
Prezervativ istehsal edən gürcü kompaniyası “Aiisa” (“Məhz o”) Strasburqda Gürcüstana qarşı açılan məhkəmə işində qalib gəlib. Üç il əvvəl Tiflis Şəhər Məhkəməsi kompaniyanı “milli əxlaq və ləyaqəti təhqir etdiyinə görə” 500 lari (təxminən 150 dollar) dəyərində cərimələyib. Səbəb isə prezervativ bağlamalarının üzərində Gürcüstan kraliçası Tamarın (kraliça müqəddəslər sırasına daxil edilib) və Tiflisin simvolu – “Gürcüstanın anası” heykəlinin karikatura şəklində təsvir edilməsi olub. Nəticədə prezervativlərin növbəti istehsalı qadağan edilib. Daha sonra Gürcüstanın Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Kraliça Tamarın “Aiisa” prezervativləri üzərindəki rəsmi. Yazıda, "Taxtlar Oyunu" serialına istinadla, "Tamar ilə Kral Oyunları" söz oyunu edilib. “Aiisa”-nın digər prezervativlərinin üzərində Gürcüstanın görkəmli şairi Şota Rustavelinin əsərlərindən hissələr, gürcü qeyri-normativ ifadələrindən istifadə olunub, həmçinin bir çox dini kəlamlar lağa qoyulub. “Avropa İnsan Hüquqları Məhkəməsi Tiflis Məhkəməsinin Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığı ilə bağlı 10-cu maddəsini pozduğuna qərar verib”. “İfadə azadlığı demokratik cəmiyyətin vacib təməllərindəndir və onun inkifaşı və özünü reallaşdırmasının əsas şərtlərindən biridir”- Strasburq məhkəməsinin qərarına deyilir. Həmçinin qərara alınıb ki, prezervativlərin qablaşdırılmasında istifadə olunan dizayn “ictimai ehtiyacları təhlükə altında qoymadığından” Avropa Konvensiyasının parametrlərinə zidd deyil. “Məhkəmə Gürcüstan məhkəməsinin ölkənin Pravoslav Kilsəsinin etik normalara dair fikirlərinin konvensiyada və Gürcüstan konstitusiyasında təsbit edilmiş müxtəlif dəyərlərdən üstün olması barədə qərarı ilə razılaşmır. Plüralist demokratik cəmiyyətdə din azadlığından istifadə edənlər başqalarının inanclarını tənqid etmək hüququnu tanımalı və qəbul etməlidirlər”. Kompaniyanın təsisçisi Anania Qaçeçiladze deyir ki, o, Strasburq məhkəməsində qalib gələcəyinə əmin idi. “Bu, patriarx və hökumətin qatil olduğu, media və LGBT-ni təqib edildiyi ölkədir. Bütün bu radikal fonda belə bir qərarına qəbulu, söz azadlığının təminatının qorunması çox vacibdir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun