"Google" və "Facebook" işçilərinə vaksin məcburiyyəti gətirib

"Google" və "Facebook" işçilərinə vaksin məcburiyyəti gətirib
30 İyul 2021
Mətni dəyiş

Amerikanın böyük şirkətləri "Google" və "Facebook" ofisə qayıdıb işləmək istəyən əməkdaşlarına vaksin məcburiyyəti gətirib.

Şirkətlər bildirib ki, bu qərar hələlik Amerikadakı ofislərə aiddir, ancaq yaxın zamanlarda bütün təsisatları əhatə edəcək.

Ümumilikdə, yaxın günlərdə Amerikada federal qurumlarda vaksin məcburiyyətinin olacağı gözlənilir. Güman edilir ki, Amerika prezidenti Co Baydenin bununla bağlı açıqlaması olacaq.

Amerikada 430 milyon əhalinin 49%-i iki doza vaksin qəbul edib. Bu isə hökumətin planlaşdırdığı rəqəmlərdən geri qalır. Ölkədə bununla bağlı geniş kampaniya aparılmasına baxmayaraq, vaksinasiya prosesində iştirak edənlərin sayı azalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun