Füzulidə bomba partlayıb, şirkət əməkdaşı xəsarət alıb

Füzulidə bomba partlayıb, şirkət əməkdaşı xəsarət alıb
12 İyul 2021
Mətni dəyiş

İyulun 12-i saat 11 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində 1 nəfərin sursat partlayışı nəticəsində yaralandığı haqda məlumat daxil olub.

Bu barədə Füzuli Rayon Prokurorluğu açıqlama yayıb. İlkin məlumata görə, "Körpü-Bina-Tikinti" MMC-də sürücü işləyən Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində bomba partlaması nəticəsinə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən iş zamanı müharibədən qalan kaset bombasının partlamamış başlığına toxunaraq yaralanıb.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun