Fransanın ədliyyə naziri həbs oluna bilər

Fransanın ədliyyə naziri həbs oluna bilər
6 İyul 2021
Mətni dəyiş

Fransanın ədliyyə naziri Erik Dupond-Moretti haqqında qanundankənar gəlir əldəetmə ittihamları ilə araşdırma başladılıb.

Yerli mətbuatın məlumatına görə, Moretti 16 iyulda Cümhuriyyət Ədalət Divanında mühakimə olunacaq.

Nazirləri ittiham etməyə yeganə səlahiyyətli qurum olan CJR-nin 3 sülh hakimi ötən həftə Ədliyyə Nazirliyinin binasında axtarış aparılması ilə bağlı qərar çıxarmışdı. Axtarış 15 saat davam etmişdi.

Nazir barədə iş Hakimlərin həmkarlar ittifaqı və korrupsiya ilə mübarizə dərnəyi olan "Antocor" təşkilatının şikayəti ilə açılıb.

İttihamlara görə, Moretti daha əvvəl vəkil olduğu işlərə indi ədliyyə nazirinin səlahiyyətlərindən istifadə edərək qanunsuz müdaxilələr edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun