Fransada tibb işçilərinin vaksinasiyası məcburi oldu

Fransada tibb işçilərinin vaksinasiyası məcburi oldu
13 İyul 2021
Mətni dəyiş

Fransa prezidenti Emmanuel Makron Covid-19 əleyhinə vaksinlərin tibb işçiləri üçün məcburi olacağını açıqlayıb.

Bunu Makron "Delta" variantının yayılması fonunda virusun dördüncü dalğasının qarşısının alınması ilə bağlı planları açıqlayarkən deyib.

Prezident bildirib ki, tibbin bütün sahələrində çalışan həkimlər 15 sentyabra qədər vaksin olunmalıdırlar, əks halda cəza tədbirləri görüləcək.

Makron əlavə edib ki, vaksinin təkcə həkimlər üçün yox, bütün Fransa xalqı üçün məcburi olub-olmaması məsələsi ətrafında da müzakirələr gedir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun