Fransada islam dinini tənqid edən gənci hədələyən 11 nəfərə həbs cəzası

Fransada islam dinini tənqid edən gənci hədələyən 11 nəfərə həbs cəzası
8 İyul 2021
Mətni dəyiş

Fransa məhkəməsi sosial şəbəkələrdə islam dinini tənqid edən tələbəni hədələyən 11 nəfərə həbs cəzası verib.

Məhkəmə təhdidlərə görə məsuliyyətə cəlb olunan 13 nəfərdən 11-nə 4 ildən 6 ilə qədər şərti həbs cəzası verib.

Sosial şəbəkələrdəki paylaşımlarından sonra təhdidlərə məruz qalan Mila adlı tələbəyə mühafizə təşkil olunmuşdu. O, oxuduğu universiteti də dəyişmək məcburiyyətində qalmışdı.

O, 18 yanvarda Instagram hesabında canlı yayımda olarkən bir müsəlman izləyicisi homofob rəylər yazıb. Bundan sonra isə Mila bildirib ki, o, dinə nifrət edir, Quran nifrət dinidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun