Fransa "Google" şirkətini 500 milyon avro cərimələyib

Fransa "Google" şirkətini 500 milyon avro cərimələyib
14 İyul 2021
Mətni dəyiş

Fransa "Google" şirkətini müəllif hüquqlarını qorumamaqda ittiham edərək 500 milyon avro cərimələyib.

Bu barədə Fransada rəqabəti qorumaq üzrə məsuliyyətli nazir İzabella Siliva məlumat yayıb.

Nazir bildirib ki, bu cəza bu kontekstə verilən cəzaların içində ən ağırdır.

Fransa şirkətdən tələb edib ki, müxtəlif yayım qruplarına müəllif hüquqları ilə bağlı tələb göndərilsin, əgər bu baş verməsə, hər gün üçün böyük miqdarda cərimə nəzərdə tutulacaq.

Müəllif hüquqlarının pozulması səbəbindən ilk şikayət 2019-cu ildə Fransanın rəqabət qurumuna verilib. Qurum şirkətə bununla bağlı hesabat verməsini bildirsə də, şirkət buna məhəl qoymayıb.

Şikayətçilər son olaraq 2020-ci ildə bu məsələni qaldırıblar və həmin vaxt Fransanın rəqabət qrumu şirkəti 220 milyon avro cərimələyib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun